BolgeXeber.Com » BÖLGƏ TV » Laçın Xəstəxanasınının baş həkimindən Qarabağ qazisinə biganəlik-VİDEO
Laçın Xəstəxanasınının baş həkimindən Qarabağ qazisinə biganəlik-VİDEO
29-05-2015, 16:42
Oxunub: 3 851Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi iştirakçısı Yusif İsmayılovun BTV-yə video müraciət ünvanlayıb .Sosial durumunun dözülməz vəziyyətdə olduğunu bildirən şikayətçi Laçın Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rauf İsbəndiyarovdan narazılığını bildirir.Yusif İsmayılovun sözlərinə görə o ,9 yaşlı xəstəli oğluna dərman almaq məqsədilə Laçın Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rauf İsbəndiyarova dəfələrlə müraciət etsə də xəstə oğluna heç bir tibbi yardım göstərilməyib .
Qarabağ döyüşçüsü Yusif İsmayılov ona və ailəsinin ağır vəziyyətinə biganəlikdən narazıdır. O, media vasitəsilə səhiyyə naziri və ölkə başçısına müraciət edərək xəstə övladına yardım edilməsini xahiş edir
İstər sosial ,istərsə də digər şikayət və problemləri daim işıqlandıran BTV bu məsələni də diqqətdə saxlayaraq ,nəzərinizə çatdıracaq. BOLGEXEBER.COM