''Dostluq Parkı'' yaxınlığında villalar sökülür-VİDEO
31-05-2015, 12:34
Oxunub: 4 562Sökülən villaların yerində yaşıllıqlar salınacaq
Səbail rayonu ''Dostluq Parkı'' adlanan ərazidə prezidentin göstərişi ilə sökülən dəbdəbəli villaların yerində yaşıllıqlar salınacaq. Artıq həmin ərazidə işlərə də başlanılıb.
70 yaşlı İmran İbadov 1962-ci ildən Səbail rayonu ''Dostluq Parkı'' adlanan ərazinin yaxınlığında yaşıyır. Deyir ki, bu park başdan-ayağa yaşıllıq olub. Hazırda isə parkda yaşıllıqdan əsər-əlamət yoxdur. Ancaq park tezliklə əvvəlki vəziyyətinə qayıdacaq.
Prezidentin göstərişindən sonra ''Dostluq Parkı'' adlanan bu ərazidə qanunsuz tikilən birneçə villa sökülüb. Artıq söküntü işləridə başa çatıb. Bu sökülən villaların yerində isə parkın əvvəlki vəziyyətini qaytarmaq məqsədilə yeni ağaclar əkiləcək yaşıllıqlar salınacaq. Bu məqsədlə də gördüyünüz kimi ərazidə birneçə texnika çalışır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən dəbdəbəli villaların yerində sabah ağacəkmə aksiyası keçiriləcək.