BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda maşın yuyan cazibədar qızlar...oğlan çıxdı (VİDEO)

Bakıda maşın yuyan cazibədar qızlar...oğlan çıxdı (VİDEO)

10-06-2015, 11:11
Oxunub: 9 032  Bakıda maşın yuyan cazibədar qızlar...oğlan çıxdı (VİDEO)Avtoyuma məntəqəsində xanımlar deyil, gənc oğlanlar çalışırlar

Avtoyuma məntəqəsinə daxil olanda başqa mənzərənin şahidi olduq

Bir neçə gündür sosial şəbəkələrdə paytaxtda qadınların fəaliyyət göstərdiyi avtoyuma məntəqəsinin açıldığı xəbəri müzakirə mövzusuna çevrilib. Kimi bunun yalan olduğunu, kimi də həqiqətən həmin avtoyuma məntəqəsindən istifadə etdiyini deyir.

BOLGEXEBER.COM biildirir ki,ANS-in məlumatına görə, bir neçə gün bundan öncə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış videoda paytaxtda zərif cinsin nümayəndələrinin yuyucu kimi fəaliyyət göstərdiyi avtoyuma məntəqsinin olduğu deyilirdi.

Məlumata görə, bura avtomobili çirkli olmayan sürücülər də gəlirmiş. Məhz xanım yuyucuların burada fəaliyyət göstərməsi bir çox sürücülərin əməlli-başlı marağına səbəb olub.

Biz də bu məqsədlə həmin avtoyumanın harada yerləşməsini müəyyən etmək üçün axtarışa başladıq. Məlum oldu ki, avtomyuma məntəqəsi Azərbaycan prospektində yerləşir. Beləcə axtarışımızın nəticəsi olaraq adıçəkilən avtoyuma məntəqəsinə daxil olduq. Qarşılaşdığımız mənzərə isə deyildiyindən fərqli oldu.

Avtoyuma məntəqəsində xanımlar deyil, gənc oğlanlar çalışırlar. Burada gənc oğlanlar 24 saat ərzində növbəli şəkildə fəailiyyət göstərirlər.

Avtoyuma məntəqəsinin sahibi deyir ki, kütləvi informasiya vasitələrində yayılan görüntülər yalnız məntəqənin reklamI üçün çəkilən videoçarxdır. Yəni o yayılan görüntüləri təxminən iki həftə bundan əvvəl çəkdirib.

“Hazırda burda 5 işçi çalışır. Onlardan üçü gündüz, ikisi isə gecə növbəsində fəailiyyət göstərir. Artıq məntəqə il yarımdır ki, fəailiyyət göstərir. Burada zərif cinsin nümayəndələri işləməyib. Burada ancaq oğlanlar işləyir”, – deyə avtoyuma məntəqəsinin sahib Elnur Əmirov bildirib.

Bundan başqa məntəqə rəhbərliyi onu da dedi ki, videoçarxın əsl variantı təqdim edəcəyimiz görüntülərdəki kimi olub.

Ancaq həmin görüntüləridə məhz məntəqə rəhbəri Elnur Əmirov sosial şəbəkədə paylaşıb. Kütləvi informasiya vasitələrində isə görüntülərə uyğun məlumat yayılıb.