BolgeXeber.Com » BÖLGƏ TV » Mingəçevirə "London taksiləri" gətirilib - VİDEO

Mingəçevirə "London taksiləri" gətirilib - VİDEO

10-06-2015, 13:47
Oxunub: 2 862 Mingəçevirə "London taksiləri" gətirilib - VİDEOI Avropa Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərinə 30 "London taksisi" gətirilib

Bu gündən etirbarən taksilər yarışlar boyu yerli sakinlərlə yanaşı şəhərə gələn əcnəbilərə xidmət edəcək. Yeni dizaynda olan taksilər şəhərin müxtəlif küçə və prospektlərindəki dayanacaqlarda fəaliyyət göstərəcək.

Mingəçevir Regional Nəqliyyat Departamentinin rəisi Əziz Əhmədzadə deyir ki, bu sürücülər digərlərindən fərqli olaraq xarici turistlərlə və gələn qonaqlarla nisbətən ünsiyyətə hazırlıqlıdır.

Taksi sürücülərinin gecələmək və yemək xərcləri dövlət tərəfindən ödənilir. London taksiləri ilə yanaşı sabahdan etibarən şəhərə xüsusi avtobuslar da gətiriləcək. Eskpress marşrutlar taksilərdən fərqli olaraq yarışlara bilet alan yerli və xarici vətəndaşlara təyin olunmuş marşrut üzrə pulsuz işləyəcək.

ANS