BolgeXeber.Com » BÖLGƏ TV » "Azəryolservis" ASC-dən şikayət səngimək bilmir-VİDEO

"Azəryolservis" ASC-dən şikayət səngimək bilmir-VİDEO

10-06-2015, 15:09
Oxunub: 3 932 "Azəryolservis" ASC-dən şikayət səngimək bilmir-VİDEO"8 nəfərlik ailənin yeganə qazanc yeri olan sexi adıçəkilən qurum dağıtmaq niyyətindədir"

Daim vətəndaşların problemlərini işıqlandıran BTV-yə bu dəfə Ucar rayon sakini Gültəkin Cəbrayılova tərəfindən şikayət məktubu ünvanlanıb. Məktubda "Azəryolservis" ASC-dən narazılıq əks etdirilib. Biz də məsələni aydınlaşdırmaq məqsədilə Gültəkin Cəbrayılova ilə əlaqə saxladıq. Suallarımızı onun oğlu Dağlar Cəbrayılov cavablandırdı. Onun sözlərinə görə ,8 nəfərlik ailənin yeganə qazanc yeri olan sexi adıçəkilən qurum dağıtmaq niyyətindədir.

Biz vətəndaşın şikayətini nəzərə alaraq, məsələ ilə bağlı "Azəryolservis"ASC- yə müraciət ünvanladıq. Müraciətimizi sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəli cavablandırdı. O, bildirir ki , Azərbaycan Respublikası Regionlarının 2009 -2013 –cü illlərdə “Sosial İqtisadi İnkişaf “dövlət proqramına əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması layihəsi Nəqliyyat nazirliyi "Azəryolservis" ASC tərəfindən həyata keçrilir. Avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkinə məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu səbəbdən də həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşməsinə baxmayraq, Nəqliyyat nazirliyi "Azəryolservis" ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq.