BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan bayrağını daşıyacaq idmançı məlum oldu-VİDEO

Azərbaycan bayrağını daşıyacaq idmançı məlum oldu-VİDEO

11-06-2015, 15:19
Oxunub: 3 384 Azərbaycan bayrağını daşıyacaq idmançı məlum oldu-VİDEOBu iş Ermənistanda bayrağımızı qaldıran idmançıya tapşırılıb

İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib. BOLGEXEBER.COM-un məlumatına görə, bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə açıqlanacaq. 

Buro247.az-ın əldə etdiyi eksklüziv məlumata görə, açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.

Azərbaycan bayrağını daşıyacaq idmançı məlum oldu-VİDEO