BolgeXeber.Com » BÖLGƏ TV » I Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsi başlayıb - CANLI YAYIM

I Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsi başlayıb - CANLI YAYIM

12-06-2015, 21:20
Oxunub: 2 505 I Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsi başlayıb - CANLI YAYIMMərasimin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır

Azərbaycan paytaxtında - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasiminin bədii hissəsi başlayıb.

Açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

Aparıcılar tamaşaçıları salamlayıblar. Mərasim “Natiq” ritm qrupu və müğənni Elnur Hüseynovun mahnılar ifa etməsi ilə başlayıb. Daha sonra M. Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb.