BolgeXeber.Com » BÖLGƏ TV » Göyçay icra hakimiyyəti yazılanları təkzib edir-VİDEO

Göyçay icra hakimiyyəti yazılanları təkzib edir-VİDEO

12-06-2015, 21:14
Oxunub: 3 989 Göyçay icra hakimiyyəti yazılanları təkzib edir-VİDEOArif Yusifov onu da qeyd etdi ki , rayonda aparılan abadlıq işləri göz önündədir və bu tip böhtan xarakterli xəbərlər nə rayonun nə də icra başçısının adına xələl gətirə bilməz

Ötən ay paytaxtın Azadlıq prospektində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsindən sonra prezident Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda və bölgələrdə binaların fasadlarına vurulan üzlüklərin sökülməsinə start verilib. Lakin bəzi xəbər agentlikləri rayon icra hakimiyyətlərinin , o cümlədən Göyçay icra başçısının verilən tapşırığı yerinə yetirməkdən imtina etdiyi və Göyçay şəhərindəki yaşayış binalarının üzlüklərinin rənglənməsi haqda xəbərlər yayıb. Biz yayılan məlumatlara əsaslanaraq , iddialara aydınlıq gətirmək məqsədilə Göyçay rayon icra hakimiyyətilə əlaqə saxladıq. Suallarımızı icra başçısının köməkçisi Arif Yusifov cavablandırdı. O , bildirdi ki, yazılanların heç bir əsası yoxdur. Sonda Arif Yusifov onu da qeyd etdi ki , rayonda aparılan abadlıq işləri göz önündədir və bu tip böhtan xarakterli xəbərlər nə rayonun nə də icra başçısının adına xələl gətirə bilməz.