BolgeXeber.Com » BÖLGƏ TV » Fransada “ağıllı” bikini satışa çıxarıldı-FOTO

Fransada “ağıllı” bikini satışa çıxarıldı-FOTO

13-06-2015, 13:32
Oxunub: 3 138 Fransada “ağıllı” bikini satışa çıxarıldı-FOTOFransanın “Spinali Design” firması öz sahibəsini günəş şüalarından qoruyan “ağıllı” bikini hazırlayıb

İKT.lent.az-ın “The Local”a istinadən verdiyi məlumata görə, bikinidə su keçirməyən ultrabənövşəyi şüa vericisi (datçik) quraşdırılıb. O, havanın hərarətini ölçür və bunu bikini sahibəsi ilə bağlı informasiyalarla (məsələn, dərisinin xüsusiyyəti) tutuşdurur. Bundan sonra bikini günəş kremi sürtmək lazım olub-olmadığına dair həmin şəxsin smartfonuna informasiya göndərir. Bunun üçün smartfona xüsusi əlavə yüklənir.

Yeni məhsul may ayında hazırlanıb və bu həftə satışa çıxarılıb. Qiyməti 149 avrodur. “Spinali Design”ın yaradıcısı Mari Spinali bu ideyanın onun ağlına necə gəldiyini açıqlayıb. O bildirib ki, çimərlikdə bir qızın dərisini günəş şüalarının yandırdığını gördükdən sonra bu cür çimərlik paltarı yaratmaq qərarına gəlib.
BOLGEXEBER.COM