BolgeXeber.Com » BÖLGƏ TV » Taksometrsiz fəaliyyət göstərən taksilər - necə tənzimlənir? (VİDEO)

Taksometrsiz fəaliyyət göstərən taksilər - necə tənzimlənir? (VİDEO)

16-06-2015, 10:02
Oxunub: 2 878 Taksometrsiz fəaliyyət göstərən taksilər - necə tənzimlənir? (VİDEO)Taksi xidməti göstərən avtomobillərin bəzilərində taksometrlər yoxdur

Yəni taksi sürücüləri müştərilərə gedəcəkləri ünvana uyğun olaraq təxmini məbləğ deyirlər. Bu da bəzi hallarda sürücü-sərnişin anlaşılmazlığına səbəb olur. Bəs görəsən, qanunvericilikdə bu məsələ necə tənzimlənir.

Taksi fəaliyyəti göstərən avtomobillərin əksərində taksometr yoxdur. Bu da bəzi hallarda sərnişinlə anlaşmazlıqlara gətirib çıxarır. Taksi sürücüləri bildirirlər ki, xidmət müqabilində sərnişindən tələb edilən məbləğ qət edilən məsafəyə görə sərf olunan təxmini yanacağa və avtomobilin xərcinə görə hesablanır.

Bəs görəsən qanunvericilikdə bu məsələ necə tənzimlənir? ''Sərnişin və baqajdaşıma'' qaydalarında göstərilir ki, taksilərdə taksometr olmalıdır. Sərnişin əyləşdikdən sonra sürücü taksometri işə salmalıdır və sərnişin bu qurğuya görə sürücüyə hesabı ödəməlidir. Əks halda inzibati xətalar məcəlləsinə uyğun olaraq nəqliyyat vasitəsinin sahibi cərimələnir

Nəqliyyat Nazirliyinin sözcüsü Namiq Həsənov deyir ki, nazirlik taksi fəaliyyəti üçün müraciət edən sürücülərdən avtomobillərə taksometrin quraşdırılmasını tələb edir. Habelə reydlərlə quraşdırmayanları müəyyən edib cərimələyir. Xezerxeber