BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədidə yanan bina sakinlərindən yeni tələb-VİDEO

Binəqədidə yanan bina sakinlərindən yeni tələb-VİDEO

17-06-2015, 11:04
Oxunub: 2 840 Bakının Binəqədi rayonunda mayın 19-da yanan 16 mərtəbəli binada təmir işləri davam edir

ANS TV-nin məlumatına görə, poliuretan üzlüklərin alışması səbəbindən baş verən yanğın zamanı demək olar ki, binadakı bütün mənzillərə ziyan dəymişdi. Buna görə də təmir işləri binanın fasadı ilə yanaşı daxilində də aparılır.

İşlər təsdiq olunmuş layihəyə əsasən həyata keçirilir. Binanın elektrik və kanalizasiya xətləri yenilənib. Binanın təmirinin 4 ay müddətində yekunlaşması planlaşdırılsa da, sakinlər arasında layihə ilə razılaşmayanlar olduğundan işlər yubanır.

“Binada təmir işləri 4 ay müddətində təhvil verilməsi nəzərdə tutulur. Ancaq sakinlər arasında layihə ilə razılaşmayanlar var. Sakinlər mənzillərinin əvvəlki layihəyə uyğun olaraq təmir olunmasını tələb edirlər. Hazırda layihənin rəsmi olaraq təsdiq olunmasını gözləyirik. Layihə təsdiq olunduqdan sonra təmir işləri deyilən vaxtda yekunlaşacaq”, - deyə iş icraçısı Mirzə Səfərov bildirib.