BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtda sakinlərin əşyalarını eyvandan aşağı atdılar - VIDEO

Sumqayıtda sakinlərin əşyalarını eyvandan aşağı atdılar - VIDEO

20-06-2015, 09:18
Oxunub: 3 638 Sumqayıtda sakinlərin əşyalarını eyvandan aşağı atdılar - VIDEOBildiyiniz kimi Sumqayıtda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasına icazə verilmir.

Ötən gün şəhərin 4-cü mikroyaonunda 4/64 və 4/65 saylı binaların balkonlarına əşya qoyulmasına icazə verməyən müvafiq qurumlar və sakinlər arasında mübahisə yaşanıb. Belə ki, əraziyə məsul olan ərazi icra nümayəndəliyinin əməkdaşları sakinlərin eyvanlara qoyduğu əşyaları aşağı atıblar. Bu da sakinlərlərlə icra məmurları arasında mübahisəyə səbəb olub. Bina sakinləri deyirlər ki, hər gün ərazidə keşik çəkən qaldırıcı kran vasitəsilə binanın eyvanlarına baxış keçirilir və əşya müşahidə edilərsə onlar aşağıya doğru atılır. Bina sakinlərinin sözlərinə görə, bunun həyata keçirənlər insanlara qarşı kobudluq da edirlər. Bu binanın sakinləri belə bir qadağanı mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilər.