BolgeXeber.Com » BÖLGƏ TV » Belə yerlərdən ət almayın - VİDEO

Belə yerlərdən ət almayın - VİDEO

8-07-2015, 12:18
Oxunub: 1 140 Belə yerlərdən ət almayın - VİDEOBu ət dükanının sahibi tibbi arayışının olduğunu desə də, onu itirdiyini bildirir…

Ət alarkən diqqətli olun. Çünkü bəzi ət dükanlarında heyvanlar antisanitar yerlərdə kəsilir.Bakı şəhər Baytarlıq İdarəsinin keçirdiyi reyd bir sıra ət dükanlarındakı acınacaqlı vəziyyəti üzə çıxarıb.

Təmizliyə riayət olunmayan ət dükanları.Köhnəlmiş və iylənmiş ətlər, heç bir xüsusi geyimi olmayan qəssablar.

Görüntülər Bakı şəhər Baytarlıq İdarəsinin təşkil etdiyi reyddəndir. Reyd paytaxtdın Xəzər rayonu Binə qəsəbəsində yerləşən əksər ət dükanlarında acınacaqlı vəziyyəti üzə çıxarıb. Belə ki, heyvanlar mərkəzi kəsim yerində kəsilməli olduğu halda, antisanitar vəziyyətin hökm sürdüyü dükanlarda kəsildiyi müəyyən olunub. Kəsilən heyvanların ətləri isə heç bir tibbi yoxlanışdan keçirilmədən satışa çıxarılır.

Bu ət dükanının sahibi isə tibbi arayışının olduğunu desə də, onu itirdiyini bildirir…

Binə Baytarlıq Məntəqəsinin müdiri Qurbani Rüstəmov bildirir ki, aşkarlanan ətlər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına aparılacaq. Ətlər burada yoxlanışdan keçdikdən sonra onların istifadəyə yararlı olub-olmadığı müəyyən ediləcək. Tibbi yoxlanışdan keçməyən ətləri satan satıcılar cərimələnəcək. Satış haqqında şəhadətnaməsi olmayan ət dükanlarının fəaliyyəti isə dayandırılacaq.
- See more at: http://ucnoqta.az/news/21425#sthash.xz0WOzGM.dpuf