BolgeXeber.Com » BÖLGƏ TV » Şirvanda “Elit” mağazalar şəbəkəsinin müdiri kimlərə “haqq” verir ?-VİDEO

Şirvanda “Elit” mağazalar şəbəkəsinin müdiri kimlərə “haqq” verir ?-VİDEO

14-07-2015, 11:19
Oxunub: 4 593 Şirvanda “Elit” mağazalar şəbəkəsinin müdiri  kimlərə “haqq” verir ?-VİDEOŞirvanda fəaliyyət göstərən “Elit” Mağazalar Şəbəkəsində həyəcan təbili çalınır

Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi artıq mağazada total yoxlamalara başlayıb. Səbəb isə mağazadan satılan qida məhsulları və sərinləşdirici içkidən zəhərlənmə hallarının aşkarlanmasıdır.
Əməkdaşlarımız adıçəkilən mağazada olan zaman həm də vergidən yayınma faktı ilə üzləşib. Belə ki , mağaza alıcılara aldıqları malın dəyərini göstərən qəbzi vermir. Bu hal kameralarımızdan da yayınmayıb.
BTV bildirir ki,bununla kifayətlənməyən mağaza rəhbəri Siyasət Kərimov devalivasiyadan sonra malların üzərinə astronomik qiymətlər qoymağa başlayıb. Bu məsələdən xəbər tutan aidiyyatı qurumlar artıq yoxlamalara başlayıb və məlum olub ki, süni qiymət artımına yol verilib. Daha bir qanuna zidd əməl isə mağazalarda çalışan 24 nəfər işçinin əmək müqaviləsinin olmamasıdır.
Əməkdaşımızla söhbət əsnasında mağaza rəhbəri Siyasət Kərimov bildirib ki,Şirvan şəhərində yetərincə nüfuzu var və istər şəhər rəhbərinə, istərsə də ayrı-ayrı yüksək vəzifəli şəxslərə yetərincə “ haqq “verir. O , həmçinin onu da qeyd edib ki ,yazılanların heç birinə əhəmiyyət vermir və bu onun biznesinə təsir göstərə bilməz.
Bolgexeber.com