BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda analoqu olmayan toy karvanı - VİDEO

Azərbaycanda analoqu olmayan toy karvanı - VİDEO

20-07-2015, 10:57
Oxunub: 3 294 Azərbaycanda analoqu olmayan toy karvanı - VİDEOSəbəbi isə olduqca maraqlıdır

Bu xəbərimiz qeyri-adi toy karvanı ilə bağlıdır. Təsəvvür edin, toy karvanında bəy maşınından əvvəldə traktor gedir. Səbəbi isə olduqca maraqlıdır.

Öndə traktor, arxada isə digər avtomobillər. Qabağına oyuncaq ayı bərkidilmiş traktor toy karvanına qatılıb.

Bolgexeber.com-un xəzərxəbər-ə istinadən məlumatına görə, görüntülər Qazaxın Alpoud kəndində keçirilmiş toy mərasiminin gəlingətirdi mərasimindədir..

Toy günü gəlin karvanında traktorun bəy maşından öndə getməsi hər kəsin marağına səbəb olub. Bəziləri bunun diqqət çəkmək üçün edildiyini düşünsə də, əslində səbəb başqadır.

Gəlin ayaqqabısının öndə gətirilməsi qədimi adət olsa da, bu mərasimin traktor vasitəsilə həyata keçirilməsi gəlini yola salmağa hazırlaşan qohum-əqraba tərəfindən maraqla qarşılanıb.
Bolgexeber.com