BolgeXeber.Com » BÖLGƏ TV » Mətbuat günü ilə bağlı bölgələrdən BTV-yə təbriklər gəldi-VİDEO

Mətbuat günü ilə bağlı bölgələrdən BTV-yə təbriklər gəldi-VİDEO

20-07-2015, 15:44
Oxunub: 2 736 Mətbuat günü ilə bağlı bölgələrdən BTV-yə təbriklər gəldi-VİDEO22 iyul Azərbaycan mətbuatının yaranmasının 140-cı ildönümüdür

Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən Bəy Zərdabi çətinliklə icazəsini aldığı "Əkinçi" qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib. Beləliklə mətbuatımız azad sözün toxumlarını səpib.
Respublikanın demək olar ki, bütün bölgələrində mətbuat günü qeyd edilir. Bərdə və Zaqatala da bu günü qeyd edən rayonlar sırasındadır.
Bərdə qəzetinin baş redaktoru Elbrus Məmmədov BTV vasitəsilə mətbuat işçilərini təbrik edib.

Növbəti təbrik isə Zaqatala rayon icra başçısının müavini, ictimai-siyasi humanitar şöbənin müdiri Vəfa Süleymanova tərəfindən olub. O Zaqatala rayonunda elmə, təhsilə xüsusi diqqət ayrıldığını, rayonun daima mətbuata açıq olduğunu xüsusi vurğulayıb .
Qeyd edək ki , bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.
Bolgexeber.com