BolgeXeber.Com » BÖLGƏ TV » İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı - VİDEO

İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı - VİDEO

28-07-2015, 09:10
Oxunub: 2 421 İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı - VİDEOİstanbulda İŞİD üzvülərinə qarşı keçirilən əməliyyatda tutulan 36 nəfər arasında özünü “İstanbul Əmiri” adlandıran azərbaycanlı Abdulla Abdullayev də var

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İŞİD qruplaşmasının aparıcı rəhbərlərindən olduğu deyilən A.Abdullayev dünyanın dörd bir tərəfindən İŞİD-ə döyüşçülər cəlb edirmiş.

Polisin apardığı araşdırma zamanı məlum olub ki, Abdulla Abdullayev həmin döyüşçüləri əvvəl Avropa və Orta Asiya ölkələri üzərindən İstanbula gətirirmiş. Mücahidlər bir müddət Uzaq Şərq ölkələrinə göndərildikdən sonra yenidən İstanbula gələrək onun kirayə tutduğu evlərdə qalıblar. Daha sonra həmin döyüşçülər Abdulla Abdullayevin vasitəsilə Suriya və İraqa göndərilirmiş.