BolgeXeber.Com » BÖLGƏ TV » Rusiya hərbi vertolyotu belə partladı: 1 ölü - Video

Rusiya hərbi vertolyotu belə partladı: 1 ölü - Video

3-08-2015, 09:27
Oxunub: 2 436 Rusiya hərbi vertolyotu belə partladı: 1 ölü - VideoRusiyanın Ryazan vilayətində yerləşən “Dubroviçi” poliqonunda keçirilən təlimlər zamanı “Mi-28N” hərbi vertolyotunun qəzaya uğraması görüntüləri yayılıb

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində pilotlardan biri həlak olub, yaralı olan digər pilotun vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, ən yüksək pilotaj proqramı yerinə yetirilən zaman vertolyotun quyruq vinti sıradan çıxı. Nəticədə vertolyot idarəetməni itirərək yerə düşüb.

Rusiya Müdafiə Nazirliyi “Dubroviçi” poliqonunda bütün uçuşları ləğv edib. O cümlədən “Mi-28N” helikopterlərinin uçuşu müvəqqəti olaraq təxirə salınıb.
Bolgexeber.com