BolgeXeber.Com » BÖLGƏ TV » Bu da yol polisinin qayda pozuntusu - VİDEO

Bu da yol polisinin qayda pozuntusu - VİDEO

10-08-2015, 17:05
Oxunub: 2 794 Bu da yol polisinin qayda pozuntusu - VİDEOMülkü maşına radar qoyublar, körpünün üstündə maşın saxlayıblar, yolu kəsiblər…

Oxucuların avtosfer.az-a göndərdiyi bu video may ayında çəkilib. Bildirilir ki, metronun «Qara Qarayev» stansiyasına gedən bu yolun sağında dayanmış «Hyundai» markalı avtomobildə gizli radar var. Bu bir yana, bir saatdan çoxdur ki, həmin avtomobilin yanında dayanmış 10 YP 548 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobili yolun hərəkət hissəsini zəbt edib, normal hərəkətə məne olur. Ən əsası isə körpünün üzərində bu qədər müddətdə ciddi bir səbəb olmadan dayanmaq qanunla qadağandır. Bu videodan da görürük ki, ciddi səbəb yoxdur. Sadəcə, maşında oturub söhbət edirlər. Ümumiyyətlə, yol polisi qayda pozan avtomobili də körpünün üstündə saxlamamalıdır. Hansı ki, biz bu videoda tamam başqa mənzərəni görürük. O radarlı maşın orada niyə qoyulub? Məgər, körpünün üstündə dayanmağın qadağan olunduğunu bilmirlər? Yol polisi bir saat həmin avtomobilin yanında dayanıb nə edir?
Bolgexeber.com