DYP-nin keçirdiyi reyddə QALMAQAL - VİDEO
18-08-2015, 18:10
Oxunub: 4 046
Reyd zamanı sürücülərdən biri DYP əməkdaşından havanın çirklənməsini müəyyənləşdirən aparatın sertifikatını tələb edib
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində növbəti reydini keçirib.
"Report" xəbər verir ki, reyd zamanı 60-a yaxın avtomobil yoxlanılıb.
Ekoloji qanunvericiliyin tələblərini pozan 14 avtomobil cərimə meydançasına aparılıb.
Reyd zamanı pərdə-plyonkadan və gücləndirici siqnallardan istifadə edən 5 sürücü aşkar olunaraq məsuliyyətə cəlb olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində ümumilikdə 52 avtomobilin sürücüsünü inzibati qaydada cərimələyib.
Reyd zamanı sürücülərdən biri DYP əməkdaşından havanın çirklənməsini müəyyənləşdirən aparatın sertifikatını tələb edib. DYP əməkdaşı isə "sertifikat var, amma burda deyil" cavabını verib.
Qeyd edək ki, reydlər avqustun 31-dək davam edəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər