BolgeXeber.Com » BÖLGƏ TV » Şirvanda seçicilər Azay Quliyevdən razıdırmı? (VİDEO)

Şirvanda seçicilər Azay Quliyevdən razıdırmı? (VİDEO)

25-08-2015, 16:51
Oxunub: 2 813 Şirvanda seçicilər Azay Quliyevdən razıdırmı? (VİDEO)Şirvan şəhər 46 saylı seçki dairəsinin seçiciləri seçdikləri deputat Azay Quliyevi yenidən millət vəkili olaraq görmək istəyirlər

Belə ki,qarşıdan gələn deputat seçkilərinə görə bu dəfə də əməkdaşlarımız Şirvan şəhərinə yolllandılar.Seçicilər Btv-yə musahibəsində öz deputatlarından ağız dolusu danışdılar. Sakinlərin sözlərinə görə Azay Quliyev seçicilərini hər zaman öz diqqətində saxlayır,vaxtaşırı onlarla görüş keçirir. Millət vəkili dəfələrlə sakinlərin problemini Milli Məclisdə qaldıraraq, onların öz həllinə qovuşmasında əlindən gələni əsirməyib. Azay Quliyev Milli Məclisin fəal üzvlərindən biri hesab olunur. Dəfələrlə mətbuatda keçirilən sorğularda Azay Quliyev sakinlər tərəfindən ən fəal deputat seçilib. Azay Quliyev təkcə Şirvan şəhərini təmsil etmir o səfər etdiyi xarici ölkələrdə respublikamızı da layiqli şəkildə təmsil edir. Bildirək ki, millət vəkili bir müddət öncə 3-cü dəfə ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini və Assambleyanın Büro üzvü vəzifəsinə seçilib.
Bolgexeber.com