Yolda "benzinpulu" adıyla sürücüləri soyan dələduzun yeni videosu yayıldı - VİDEO
28-08-2015, 10:58
Oxunub: 3 636
Dələduzlar keçənlərdən benzin, 10, 15, 20 manata qədər pul istəyirlər
Sosial şəbəkələrdə Azərbaycan yollarındakı fırıldağla bağlı yeni video yayılıb.Bolgexeber.com baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilmiş videodan görünür ki, bir şəxs avtomobilini yol kənarında saxlayaraq ötüb keçən maşınlara əl edir. Maşının yanından keçən bir avtomobilin sürücüsü isə maşını saxlayaraq ona kömək etmək istəyir. Yol kənarında dayanmış şəxs ailəsi ilə ziyarətə getdiyini və yarıyolda maşının sürət qutusunun dağıldığını, təmirə bütün pulunu sərf etdiyini bildirir. Yoluna davam etmək üçün benzin pulu istəyən həmin şəxs sürücülük vəsiqəsini girov qoymağa da razılaşır. Yoldan ötən şəxs isə həmin sürücüyə 5 manat verdikdə o etiraz edir. Sürücü 10 manat tələb edir. 5 manatla mənzilbaşına gedib çata bilməyəcəyini deyir.
Qeyd edək ki, buna bənzər hadisələr Azərbayacan yollarında tez-tez qeydə alınır. Yol kənarında maşınlarını saxlayan dələduzlar keçənlərdən benzin, 10, 15, 20 manata qədər pul istəyirlər. İstədikləri məbləği almayanda isə maşında uşaqların olduğunu və onları yolda qoymağın insanlığa sığmadığını bildirərək təzyiq edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər