BolgeXeber.Com » BÖLGƏ TV » Göygöldə yollara ayrılan 4,9 milyon manat hara xərclənib?(VİDEO)

Göygöldə yollara ayrılan 4,9 milyon manat hara xərclənib?(VİDEO)

4-09-2015, 10:31
Oxunub: 2 896 Göygöldə yollara ayrılan 4,9 milyon manat hara xərclənib?(VİDEO)Göygöl rayon Çaykənd kəndinin yolları bu pullardan niyə nəsibini almayıb?

Deyirlər mədəniyyət yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insan həqiqətən rahat olur . Lakin Göygöl rayon Çaykənd kəndinin yolları bu sözü ümumiyyətlə , yol anlayışını alt- üst edir. Rayonun Çaykənd kəndi ərazisindən keçən və 3 kəndi birləşdirən əsas yolda asfalt örtüyünün olmaması, yoldakı çuxurlar istər avtomobillərə, istərsə də piyadalara çətinlik törədir. Qarşıdan yağışlı payızın gəldiyini düşündükdə isə yaranacaq vəziyyəti təsəvvür etmək elə də çətin deyil.BTV bildirir ki, adıçəkilən yolun hazırki vəziyyəti onu deməyə əsas verir ki,bu problemlə maraqlanan yoxdur. Lakin bir faktı da göz önünə almaq lazımdır ki , dövlət büdcəsindən ən çox pul ayrılan sahələrdən biri məhz yol çəkilişləri və nəqliyyat infrastruktunun yaxşılaşdırılmasıdır. Maraqlıdır, bəs görəsən prezidentin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə ayırdığı 4,9 milyon manat haraya xərclənib ? Göygöl rayon Çaykənd kəndinin yolları bu pullardan niyə nəsibini almayıb?
Bolgexeber.com