BolgeXeber.Com » BÖLGƏ TV » İslam konfransına yarıçılpaq qadınlar soxuldular - VİDEO - FOTO

İslam konfransına yarıçılpaq qadınlar soxuldular - VİDEO - FOTO

14-09-2015, 10:50
Oxunub: 2 831 İslam konfransına yarıçılpaq qadınlar soxuldular - VİDEO - FOTOQalmaqallı FEMEN feminist hərəkatının fəalları Fransanın paytaxtı Parisin yaxınlığındakı Pontuaz şəhərində keçirilən müsəlman konfransında olay yaradıblar

Milli.Az European-a istinadən bildirir ki, imam Nadir Əbu Ənas "İslamda kişi arvadını döyə bilərmi?" mövzusunda çıxış edərkən səhnəyə FEMEN-in iki yarıçılpaq mənsubu çıxıblar. Qurşaqdan yuxarı çılpaq olan qadınlar mikrofonu ələ keçirərək fransız və ərəb dilində şüarlar söyləməyə başlayıblar.Onlardan biri "Kimsə mənə hakim ola bilməz, peyğəmbərim özüməm!" bağırıb.İmam Ənas səhnəni dərhal tərk edib. Mühafizəçilər yarıçılpaq qadınları səhnədən salaraq döyüblər. FEMEN mənsubları həbs olunublar. Əslən Tunis və Əlcəzairdən olan bu qadınlardan birinin 25, o birinin 31 yaşı var.
Bolgexeber.com