BolgeXeber.Com » BÖLGƏ TV » Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEO

Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEO

15-09-2015, 10:42
Oxunub: 5 208 Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEOSosial şəbəkələrdə və youtube-da videoları yayılan digər bir avtomobil – 10 LZ 100 nömrəli “Nissan Skyline GT-R35” də deputat oğluna məxsus idi

Bir neçə gündür ki, Bakıda bahalı maşınlara qarşı ciddi reydlər başlayıb. Lüks avtomobillər Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən saxlanılır. Qayda pozuntularının qeydə alındığı avtomobillər cərimə meydançalarına aparılır.

Bahalı maşınlara qarşı başladılan reydlərin səbəbi dəqiq bilinməsə də görünən budur ki, DYP əməkdaşları yoxlama tapşırığını lap “yuxarıdan” alıblar. Çünki adi vaxtlarda DYP əməkdaşları lüks, bahalı nömrəli maşınları saxlamırlar və ya saxlaya bilmirlər. Çünki yol polisləri bu maşınların kimlərə məxsus olduğunu bilirlər.

Sentyabrın 13-də paytaxt Bakıda keçirilən reydlər zamanı xeyli sayda bahalı maşın saxlanılıb və cərimə meydançasına aparılıb.

Reyd zamanı hadisə yerində olan avtosfer.az saytının əməkdaşının qeydlərinə görə, avtomobilin səsgücləndirici qurğusuna müdaxilə edən, ödənilməmiş cəriməsi olan, plyonkadan istifadə edən sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunub. Saxlanılan maşınlar arasında 10 TT 200 dövlət nömrə nişanlı “Maserati” avtomobili də olub.

“Yeni Müsavat” qəzetinin əldə etdiyi məlumata görə, bu maşın nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusdur.
Aynar Məmmədov ilk dəfə deyil ki, bu avtomobillə gündəmə gəlir. Ötən il Aynar Məmmədovun lüks avtomobil kolleksiyası barədə mətbuatda geniş yazılar dərc edilmişdi. Deputat oğlu lüks avtomobilləri, dəbdəbəli həyat tərzi haqda öz instagram səhifəsində məlumatlar, fotolar paylaşmışdı. Mətbuatda tənqidi yazılar dərc edildikdən sonra deputat oğlu səhifəsini bağlamaq məcburiyyətində qalmışdı.
Sosial şəbəkələrdə və youtube-da videoları yayılan digər bir avtomobil – 10 LZ 100 nömrəli “Nissan Skyline GT-R35” də deputat oğluna məxsus idi. Deputatın oğlu və qardaşı bu maşınla göstərdikləri “məharəti” videoya çəkib sosial şəbəkələrdə paylaşmışdılar. Daha sonra bu avtomobil uzun müddət cərimə meydançasında saxlanıldı.

Deputat oğlunun sentyabrın 13-də DYP əməkdaşları tərəfindən saxlanılan maşınının ödənilməmiş cərimə borcları olub. Buna görə də maşın cərimə meydançasına aparılıb.

Qeyd edək ki, Aynar Məmmədov Milli Məclisin Beynəlxalq Əlaqələr Şöbəsində məsləhətçi vəzifəsində çalışır. Deputat oğlu işə bu avtomobillə gedib-gəlirdi. Əməkdaşımız bir müddət əvvəl həmin avtomobilin fotosunu Milli Məclisin qarşısında saxlanılarkən də çəkmişdi.

Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEO
Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEO
Aynar Məmmədovun maşını cərimə meydançasına aparıldı – FOTOLAR + VİDEO