BolgeXeber.Com » BÖLGƏ TV » Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən belə qovdu-VİDEO

Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən belə qovdu-VİDEO

16-09-2015, 15:30
Oxunub: 3 715 Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən belə qovdu-VİDEOZakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib

Bu günlərdə Sumqayıta yeni təyin olunan icra başçısı Zakir Fərəcovun keçirtdiyi müşavirədə təhsil şöbəsi müdirini işdən qovması barədə xəbər vermişdik. İcra başçısının təhsil şöbəsinin müdirini işdən qovması ilə bağlı daxil olan maraqlı görüntüləri təqdim edirik.
Qeyd edək ki, yeni başçının tənqid hədəfi ilk növbədə Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olub. Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib. Vaqif Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub.