BolgeXeber.Com » BÖLGƏ TV » Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 2 nəfər ölüb, 10 nəfər yaralanıb - Video

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 2 nəfər ölüb, 10 nəfər yaralanıb - Video

17-09-2015, 11:21
Oxunub: 2 893 Bakı-Sumqayıt yolunda dəhşətli  qəza: 2 nəfər ölüb, 10 nəfər yaralanıb - Video“Bakı-Sumqayıt yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib”

Bu haqda Modern.az saytına Sumqayıt Şəhər Təcili yardım Stansiyasının baş həkimi Arif Yusifov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində yaralananların sayı 10 nəfərdir: “Ölənlərin ikisi də kişidir, kimlikləri barədə informasiya verə bilmərik. Hadisə nəticəsində 10 sərnişin yaralanıb. Onlar da xəstəxanaya yerləşdirilib. Yaralılardan 4 nəfər qadın, 6 nəfər kişidir, vəziyyətləri ağırdır”.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib. İçərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Bolgexeber.com