BolgeXeber.Com » BÖLGƏ TV » Sivilizasiyadan uzaq Savalan qəsəbəsi-VIDEO

Sivilizasiyadan uzaq Savalan qəsəbəsi-VIDEO

17-09-2015, 11:00
Oxunub: 4 756 Sivilizasiyadan uzaq Savalan qəsəbəsi-VIDEO21-ci əsrdə hələ də yolsuzluqdan,məktəblərin olmamasından,xəstəxana yoxluğundan əziyyət çəkən qəsəbə var

Bəli sivilizasıyadan uzaq bu qəsəbə Savalan qəsəbəsidir. Hansı ki, paytaxtdan ora cəmi yarım saatlıq yol var. Adı çəkilən ərazidən televiziyamıza çoxlu şikayət ərizələri gəlirdi. Biz də çoxsaylı şikayətlərə əsasən əraziyə çəkilişə yollandıq. Ünvana gedərkən yolların bərbad vəziyyət də olduğunun bilavasitə özümüz şahidi olduq. Əmin olun ki,kiminsə böyrəklərində daş problemi olarsa bu yollar onlar üçün əsl müalicə vasitəsidir. Bir anlıq düşündük ki, bura paytaxtdan çox da uzaqda yerləşməyən Savalan qəsəbəsi deyil, sanki hansısa ucqar kənd yeridir. Qəsəbə sakinləri ilə həmsöhbət olarkən aydın oldu ki, sakinlərin çoxusunun övladı məktəbə getmir. Gərək məktəb olsun ki, getsinlər. Şikayətçi Təranə xanım isə bildirdi ki, siz bu yolları gəlib birdə qışda görün. Palçıq,qrunt suları yollarda elə bir vəziyyət yaradır ki, əgər birinin xəstəsi olarsa təcili tibbi yardımın gəlməyinə də ümid etmirlər, çünki 103 xidmətinin o yollarda özünün yardıma ehtiyacı olur. Müsahiblərim içərisində gələcəyin əsgərləri də var idi. Onların tək istəyi qəsəbənin bir məktəbinin olmasıdır. Sakinlərə məsələ ilə bağlı hansı aidiyyatı qurumlara müraciət etmisiz sualını verdikdə isə “müvafiq qurumların qəbuluna düşsək dərdimizi də deyəcəyik” cavabını aldıq. Əslində yerli sakinlər yaşayış üçün normal şəraitdən başqa bir şey istəmirlər ! Ona görə də ümid edirik səlahiyyətli şəxslər öz öhdəliklərinə düşən işi görərək, tezliklə Savalan qəsəbəsinin sakinlərini sevindirərlər.
Bolgexeber.com