BolgeXeber.Com » BÖLGƏ TV » Bakılı «avtoş»dan qəribə hərəkət; öz videosunu yayıb hər şeyə son qoydu - VİDEO

Bakılı «avtoş»dan qəribə hərəkət; öz videosunu yayıb hər şeyə son qoydu - VİDEO

21-09-2015, 13:49
Oxunub: 5 584 Bakılı «avtoş»dan qəribə hərəkət; öz videosunu yayıb hər şeyə son qoydu - VİDEODörd il «avtoş»luq edən Orxan piyadaları vurmaq təhlükəsi ilə üzləşəndən sonra bu işə son qoyub

Bakıda nə az, nə çox, düz 4 il «avtoş»luq edən Orxan piyadaları vurmaq təhlükəsi ilə üzləşəndən sonra öz əməllərindən peşman olub. Orxan özü bu barədə Avtosfer.az-a yazıb və avtoxuliqanlıq edərkən çəkdiyi videolardan ibarət görüntüləri təqdim edib. Videodan da göründüyü kimi, Orxan çox təhlükəli sürür. Əksər hallarda yolun əksinə hərəkət edir, başqalarına qəza şəraiti yaradır. Dəfələrlə özü də qəzadan güclə yayına bilir. Amma sonuncu dəfə üzləşdiyi bir hadisə onu ayıldır və bir daha «avtoş»luq etməyəcəyinə söz verir: «15 yaşımdan Bakıda «avtoş»luq edirdim. İndi 19 yaşım var. Əvvəl «Mercedes»im var idi, indi isə 2014-ün «Ford»unu sürürəm. Axırıncı hərəkətlərimi «Ford»la eləmişəm. Bu videoda bir məqam var, az qalır ki, piyadaları vuram. Yanımda oturan qardaşım deyir ki, "adamlar keçir". Əslində isə mən o adamları görmürdüm. Yəni ki, onları vura da bilərdim. O hadisədən sonra artıq avtoxuliqanlığa son qoydum. İnsanların həyatını təhlükəyə atmağa haqqım yoxdur. Mən avtoxuliqanlığa yol polisinə görə yox, insanların həyatını təhlükəyə atmamaq üçün son qoydum».
Orxanın bu peşmançılığını səmimi qəbul etdik, ona inandıq. Onun öz əməllərindən peşmançılığını bildirən bu videonu da təqdim edirik ki, başqaları da baxıb nəticə çıxarsın.
Bolgexeber.com