BolgeXeber.Com » BÖLGƏ TV » “Saatı 30 manat, evdə bilmirlər...” - Bakının “mavi” gecələri(Video)

“Saatı 30 manat, evdə bilmirlər...” - Bakının “mavi” gecələri(Video)

22-09-2015, 10:06
Oxunub: 6 943 “Saatı 30 manat, evdə bilmirlər...” - Bakının “mavi” gecələri(Video)Gecələr Bakı küçələrində nələr baş verir?

Bolgexeber.com ans-ə istinadən xəbər verir ki, özünü Ayka kimi təqdim 19 yaşlı gəncə, xanımmı desəm, oglanmı desəm hər nəysə. Şəhərin bir çox ərazisində gözümüzə dəyən Ayka və onun kimilərin ünvanına yeni məkan əlavə edilib. Sulutəpə-Xocəsən yolu.

Ayka və onun bir iki rəfiqəsi artıq bir müəddət ki, qaş qaralan kimi, işə gedirmiş kimi üz tuturlar bu əraziyə, həmişəki kimi öz amplualarında, mini yubkada, qısa sarı və ya qara uzun saçda - kişilər üçün qeyri-təbii işdə... cazibədar görsənmək üçün isə min hoqqaqdan çıxıblar. Səbəb də bəllidir, kimlərinsə müvəqqəti hisslərinin qənimi olmaq. Və bunun müqabilində dırnaqarası xidmət haqqı.

Nəzərə alsaq ki, adıçəkilən ərazi paytaxtda daxil olan yük avtomobillərinin əsas yollarından sayılır. Onların müştərilərinin kim olduğunu izah etməyə isə artıq ehtiyac yoxdur.

“KamAZ” sürücülərinindən savayı, xəttə çıxan avtobus sürücüləri və taksilər də tez-tez Ayka və onun rəfiqələrinin dırnaqarası qəbuluna düşürlər.

Ayka demişkən, təcrubəsi az olan bu gənc həyatından narazı görünmürdü. Deyib gülür və növbəti müştərisini gözləyir:

“Saatı 30 manat, evdə bilmirlər, bilsələr nə deyəcəklər ki?..”

Onlar gündüz adi, axşam isə qeyri-adi görünürlər. Ələxsus, Bakıda. Bakı gecələrini özlərinə uyğun rəng qatan Aykalar, Syamalar, Cenilər isə günü-gündən çoxalır.

Bu xəstəlik deyil və ona görə də müalicəsi yoxdur. Bu, sadəcə olaraq, vərdişdir, amma yolxucu!