BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda həkim bəlası: müayinə necə aparılır? – VİDEO

Azərbaycanda həkim bəlası: müayinə necə aparılır? – VİDEO

23-09-2015, 09:54
Oxunub: 2 414 Azərbaycanda həkim bəlası: müayinə necə aparılır? – VİDEOLazım olmadığı təqdirdə bir və ya bir neçə müayinədən keçməyə məcbur olan şəxs nə etməlidir?

Xəstəliyi təyin etmək üçün müayinə mütləq hesab olunur. Amma bəzən həkimlər bir neçə müayinədən keçməyi tələb edirlər. Nəzərə alsaq ki, hər müayinə ayrı-ayrılıqda pul deməkdir onda insanların narahatlığını anlamaq çətin olmur. Bəs görəsən müayinə məsələlərinə nəzarət necə olunur? Lazım olmadığı təqdirdə bir və ya bir neçə müayinədən keçməyə məcbur olan şəxs nə etməlidir?

Bolgexeber.com "xəzər xəbər"ə istinadən bildirir ki, bir çoxları həkimə müraciət zamanı yersiz müayinələrdən şikayətlənir. Onlar həkimlərin lazımsız laboratoriya və analizlərə göndərdiklərini deyirlər. Onsuz da can hayında olan xəstələr hətta maddi imkanlarını da aşaraq həmin analiz və tibbi aparatlardan keçməyə çalışır ki, diaqnozu düzgün qoyulsun.

Səhiyyə Nazirliyindən bildirilir ki, dövlət xəstəxalarında müayinə ödənişsizdir. Özəl kliniklarda isə bu məsələləri tənzimləyən mexanizm yoxdur. Sadə dillə desək hər bir həkim, işlədiyi klinikanın təyin etdiyi qiymətlərə uyğun bir və ya bir neçə müayinəni tələb etməkdə sərbəstdir.

Qanunvericilikdə əhalinin sağlamlıq hüquqları "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla qorunur. Bununla belə ölkədə "Xəstənin hüquqları haqqında" qanun yoxdur. Məhz bu səbəbəbdən də bu sahədə boşluqlar yaşanır. Ancaq həkimin lazımsız xərcə saldığını düşünənlər bunu mütəxəssis vasitəsi sübut edərək məhkəmə yolu hüquqlarını tələb edə bilər.