BolgeXeber.Com » BÖLGƏ TV » General Şərif Əsədullayevin oğlunun şok videosu - Ofisiantı belə bıçaqlayıb(VİDEO)

General Şərif Əsədullayevin oğlunun şok videosu - Ofisiantı belə bıçaqlayıb(VİDEO)

23-09-2015, 09:08
Oxunub: 2 985 General Şərif Əsədullayevin oğlunun şok videosu - Ofisiantı belə bıçaqlayıb(VİDEO)DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntüləri ortaya çıxıb

Həmin görüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisəsi öz əksini tapıb.

Mübahisənin yekununda isə general oğlu ofisiantı bıçaqlayıb. Videodan da göründüyü kimi, ofisiant insidentdən qaçmağa çalışsa da Tamerlan Əsədullayev onun ardınca düşüb və istəyinə nail ola bilib.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev ötən ay məhkəmə zalından sərbəst buraxılıb. Onun barəsində 3 il şərti cəza təyin olunub.
Bolgexeber.com Meydan TV-yə istinadən həmin görüntüləri təqdim edir: