Azərbaycanlı hacılar Ciddədə köməksiz qalıb (VİDEO, FOTOLAR)
2-10-2015, 09:36
Oxunub: 3 592
Həcc ziyarətin yerinə yetirib Azərbaycana qayıtmaq istəyən zəvvarlarımız Ciddə hava limanında köməksiz qalıblar
Zəvvarlardan APA TV-yə verilən məlumata görə, uçuşları həyata keçirən "Flynas air" aviaşirkəti problemlə bağlı onlara hər hansı bir məlumat verməyib. Köməksiz vəziyyətdə qalan zəvvarlarımız uçuşun nə vaxt həyata keçiriləcəyindən xəbərsiz olduqlarını bildiriblər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu problemlə bağlı məlumat yayıb. QMİ Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Ciddə aerportunda zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” avişirkətinin cəzalandırılmasını tələb edib.
"Flynas air” şirkəti məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, bunun səbəbi Ciddə hava limanında izdihamın yaranması, aeroportun həddən artıq yüklənməsidir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə, zəvvarların üzləşdiyi problemlərlə müqayisədə bu səbəbləri yetərli saymır. İdarədən verilən məlumata görə, Səudiyyə Ərəbistanına məxsus aviaşirkət öhdəliklərini yerinə yetirmədiyinə və zəvvarlara yaratdığı problemə görə AZAL-a müraciət edilib.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər