BolgeXeber.Com » BÖLGƏ TV » Mingəçevirdə ruhi xəstələr həyata bağlanmaq üçün zibil daşıyırlar-VİDEO

Mingəçevirdə ruhi xəstələr həyata bağlanmaq üçün zibil daşıyırlar-VİDEO

2-10-2015, 17:30
Oxunub: 11 650 Mingəçevirdə ruhi xəstələr həyata bağlanmaq üçün zibil daşıyırlar-VİDEOMingəçevir şəhər Ruhi Əsəb Dispanserində özbaşınalıq hökm sürür

Bu barədə şəhər sakinləri məlumat veriblər. Onların sözlərinə görə, tibb müəssisəsində müalicə alan xəstələrə orada müxtəlif işlər gördürülür. Həmin görüntülərlə bağlı Ruhi əsəb dispanseri ilə əlaqə saxladıq. Sən demə bütün bunlar xəstələri həyata bağlamaq metodu imiş. Yəni müayinə və müalicə üçün bura gətirilən xəstələri zibil atmaqla, yük daşımaqla, su sulamaqla və bu kimi digər işlərlə həyata bağlıyaraq müalicə edirlər.BTV xəbər verirk, Dispanserdə çalışan baş həkimin əvəzləyicisi Şəmsinur Hüseynovanın sözlərinə görə dispanserdə ancaq ambulator müalicə metodundan istifadə edirlər. Yəni, gətirilən xəstələrə ancaq ilkin yardım göstərilir. Bu ilkin yardım da çox vaxt nədənsə həyata bağlılıq metodu adıyla həyata keçirilir. Yəni xəstələr də bütün bu işləri könüllü olaraq görürlər. Və gün bitdikdən sonra dırnaq arası bu müalicə üsulu sona çatır və xəstələr evlərinə buraxılırlar.Müalicə üçün dispanserə gələn xəstələr ilkin yardımnan sonra hətta şəhərdə də sərbəst olaraq gəzə bilirlər. Onların ətrafa necə və hansı formada ziyan törədə biləcəyinə kim tərəfindən nəzarət olunur, xəstələr niyə evlərində yox məhz xəstəxana da həyata bağlanmaq üçün işləyirlər və niyə məhz həkimlərinə necə yararlı biri olduqlarını sübüt etməyə çalışırlar bax bu hələ də sual olaraq qalır.
Bolgexeber.com