BolgeXeber.Com » BÖLGƏ TV » Müfəttişimiz türk sürücüdən pul dilənir - Video

Müfəttişimiz türk sürücüdən pul dilənir - Video

16-10-2015, 14:25
Oxunub: 2 557 Müfəttişimiz türk sürücüdən pul dilənir - VideoNəqliyyat müfəttişinin türkiyəli TIR sürücüsünü saxladaraq, ondan pul diləndiyini əks etdirən video-görüntü yayılıb

Avtosfer.az-ın paylaşdığı videoda iki nəqliyyat müfəttişinin türk sürücünün idarə etdiyi ağır tonnajlı maşının qarşısını kəsdiyi və heç bir sənəd istəmədən 20 manat tələb etdiyi əksini tapıb. Sürücü bu pulu verə bilməcəyini dedikdə isə təxminən 50-55 yaşlarında olan nəqliyyat müfəttişi hədə-qorxu gəlməyə başlayır. O, sürücüdən tələb edir ki, müdirə zəng etsin, o danışıb pul alacaq… Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra yollarda bəzi qayda pozuntularına görə taksiləri, yükdaşıma ilə məşğul olanları və avtobusları yalnız DYP əməkdaşları cərimə edə biləcək.