BolgeXeber.Com » BÖLGƏ TV » Vaxt dəyişikliyinin psixoloji təsiri-VİDEO

Vaxt dəyişikliyinin psixoloji təsiri-VİDEO

26-10-2015, 19:42
Oxunub: 2 420 Vaxt dəyişikliyinin psixoloji təsiri-VİDEOBəzi insanlar bu dəyişikliyə görə depressiyaya düşürlər

Hər il oktyabr ayının sonuncu şənbə günü saatlar 1 saat geri çəkilir və bununla da yay vaxtı ləğv olunur, qış vaxtına keçilir. Ancaq bu dəyişiklik bəzi insanların əhval-ruhiyyəsinə mənfi təsir edir. Həkimlər bundan qorunmağın yollarının olduğunu deyirlər.

Saat 5-də əqrəblər 1 saat geri çəkildi və bununla da ölkədə yay vaxtı ləğv edildi. Bu vaxt dəyişikliyi insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri bunu sadəcə olaraq 1 saat daha çox yatmaq kimi qəbul edir.

Bəziləri isə əqrəbin geri çəkilməsinə asanlıqla adaptasiya ola bilmir və səhhətlərində müəyyən dəyişikliklərin müşahidə olunduğunu deyirlər. Psixoloqlar da qış vaxtına keçilərkən belə halların ənənəvi olduğunu deyirlər. Bunun səbəbi isə insanların vərdişlərinin 1 saat tez yerinə yetirmələri ilə bağlıdır.

İnsanlarda bioloji saatın dəyişməsi ilə əlaqədar yaşanan belə hallar adətən 7-10 gün davam edir. Bu müddətdə isə yeni vaxta adaptasiya olunmaq üçün müəyyən addımlar atmaq tövsiyyə olunur.

Dünyada yaz-qış vaxtının tətbiqinə ilk dəfə 1908-ci ildə Böyük Britaniyada başlanıb. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkədə geri və ya irəli çəkilir. Çin, Yaponiya, Rusiya, İran və Gürcüstan kimi ölkələr isə insanların səhhətinə verdiyi zərərdən ötrü qış-yay vaxtının tətbiqindən imtina ediblər. Azərbaycan isə bu prosesə 1997-ci ildə qoşulub.