BolgeXeber.Com » BÖLGƏ TV » Məcburi köçkün ailəsinin evini kimlər sökdürdü? VİDEO

Məcburi köçkün ailəsinin evini kimlər sökdürdü? VİDEO

26-10-2015, 19:00
Oxunub: 3 454 Məcburi köçkün ailəsinin evini kimlər sökdürdü? VİDEO1993 cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüş Hüseynovlar ailəsi bu gün çıxılmaz vəziyyətdədilər

Ailə iddia edir ki, qonşusunun və məhkəmələrin çıxardığı qərarlara görə evləri sökülüb. Öhdəliyində yataq xəstəsi olan ailə haraya və hansı qurumlara şikayət etmələri olduqlarını belə bilmirlər.
Vidadi Hüseynov bildirir ki, bir neçə dəfə dövlət başçısına və digər adiyyati qurumlara müraciət edib, amma üz tutduğu rəsmi qurumlar onların üzləşdiyi problemlə maraqlanmaq belə istəməyiblər. Ev sahibi iddia edir ki, məhkəmə əvvəlcədən satılmış olub, iddiaçının vəzifəli qohumlarının olması isə ona məhkəmədə qalıb gəlmək üçün kömək olub.Nəzərə alsaq ki,qarşıdan sərt qış gəlir,o zaman ailənin durumunu anlamaq elə də çətin olmaz! İnanırıq ki,aidiyyatı qurumlar məcburi köçkünlərin səsinə səs verib, tezliklə onları öz isti ocaqlarına qovuşduracaqlar.
Bolgexeber.com