BolgeXeber.Com » BÖLGƏ TV » Evində elektrik enerjisi istehsal edən azərbaycanlı - Video

Evində elektrik enerjisi istehsal edən azərbaycanlı - Video

26-10-2015, 13:13
Oxunub: 822 Evində elektrik enerjisi istehsal edən azərbaycanlı - VideoPaytaxtın Səbail rayonu Badamdar qəsəbəsinin sakini həyətində hazırladığı qurğularla külək və günəşdən elektrik enerjisi əldə edir. Bu üsulla o, evini daha ucuz qiymətə fasiləsiz enerji ilə təmin edir

Bolgexeber.com xəzərxəbər-ə istinadən xəbər verir ki, paytaxt sakini Elçin Abbasov ərsəyə gətirdiyi külək generatoru ilə enerji əldə edir. Həyətində quraşdırığı bu qurğu sayəsində o, evinin elektrik ehtiyacını bir neçə saatlıq da olsa təmin edir.

Elçin Abbasovun əsl peşəsi elektrik olduğuna görə qurğunu düzəltmək çətin olmayıb. Əlində olan işlənmiş ləvazimatlar və internetdən sifariş verdiyi kiçik detallarla qurğunu hazırlayıb cəmi bir neçəyə aya külək enerjisindən istifadə edə bilib.

Güclü küləklər qurğunu aşıra biləcəyindən onun borusununun hündürlüyünü tənzimləmək mümkün olur. Elçin Abbasov günəş pannellərindən də enerji əldə etmək üçündə qurğuya sahibdir.