BolgeXeber.Com » BÖLGƏ TV » Lənkəranda DSK sədri saxtakarlıq planlarını özü etiraf etdi – ŞOK SƏS YAZISI

Lənkəranda DSK sədri saxtakarlıq planlarını özü etiraf etdi – ŞOK SƏS YAZISI

28-10-2015, 12:56
Oxunub: 2 670 Lənkəranda DSK sədri saxtakarlıq planlarını özü etiraf etdi – ŞOK SƏS YAZISIDSK sədri Kərim Heydərov dövlət müəssisəsini atasının vəya doğma xalası oğlu dövlətə xainlik etmiş sabiq nazir Fərhad Əliyevin obyektləri ilə səhv salıb

73 saylı Lənkəran Şəhər seçki dairəsində baş verən xoşagəlməz məqamları və ölkəmizdə demokratik seçki prosesinə kölgə salmaq istəyən bəzi məmurların fəaliyyəti haqda yazmışdıq. “Eldar Mahmudovun deputatı Lənkəranda özünü Kəmaləddin Heydərovun kadrı kimi qələmə verir” başlıqlı yazıda sözügedən dairədən deputatlığa namizəd olan Rüfət Quliyevin əməlləri haqda yazmışdıq.

İndi isə 73 saylı Lənkəran Şəhər seçki dairəsində hazırlanan saxtakarlığın anonsu ilə bağlı cumhuriyyet.az-a ilginc məlumat daxil olub. Namizədlərin qeydiyyatı, seçkiqabağı təşviqatdan başlayaraq DSK sədri Kərim Heydərov dövlət müəssisəsini atasının vəya doğma xalası oğlu dövlətə xainlik etmiş sabiq nazir Fərhad Əliyevin obyektləri ilə səhv salıb. İndiki biznesmen deputatın sifarışı ilə bir çox namizədləri və namizəd olmaq istəyənləri hədələyib haqsızlıq edən DSK sədri aşağıdakı təqdim etdiyimiz audio yazıda bu saxtakarlıqlarda necə peşəkar olduğunu qürurla söyləyir.

Bundan başqa bu müddət ərzində məmurların, yerli bələdiyyələrin, hazırkı millət vəkilinin və təbiiki DSK sədrinin vəzifə salahiyyətlərindən sui istifadə etməklə Azərbaycan qanunvericiliyinin kobudcasına pozulması ilə bağlı video, foto və audio faktları diqqətinizə çatdıracağıq.
Bolgexeber.com