BolgeXeber.Com » BÖLGƏ TV » Qaxda ara qarışdı: MSK-dan Azər Kərimli haqda şikayətə REAKSİYA/VİDEO

Qaxda ara qarışdı: MSK-dan Azər Kərimli haqda şikayətə REAKSİYA/VİDEO

29-10-2015, 11:59
Oxunub: 2 990 Qaxda ara qarışdı: MSK-dan Azər Kərimli haqda şikayətə REAKSİYA/VİDEOQaxda Azər Kərimlinin seçki biabırçılığı davam edir. Seçkilərə sayılı günlər qalmış deputatlığa namizəd şou xarakterli görüşlərindən vaz keçməməkdədir

TİA.AZ-ın əldə etdiyi xəbərə görə, Azər Kərimlinin oktyabrın 27-də Zərnə kəndində keçirdiyi görüş də bu qəbildən olub. Tədbirdə onun yaxınları, dost-tanışları və özü ilə gətirdiyi 10 maşın dövlət qulluqçuları iştirak ediblər.
Məktəb müəllimlərini də tədbirə daşıyan deputatlığa namizədin görüşünə kənd sakinləri isə buraxılmayıb. Daha doğrusu, seçicilər gəlməyiblər. Yayılan videoya baxanda bu görüşün əslində necə keçdiyini təsəvvür etmək çətin deyil.

Bundan başqa, yayılan xəbərlərdə deyilir ki, Azər Kərimli seçicilərlə görüşündə ölkə başçısı İlham Əliyev və mərhum prezident Heydər Əliyevin portretlərinin sökülməsi barədə tapşırıq veribmiş.
7news.az yazıb ki, rayonun Güllük kənd orta məktəbində keçirilən görüşdə Azər Kərimli ölkə başçısı və Ulu Öndərin divardan asılmış portretlərinin sökülməsi barədə göstəriş verib. Azər Kərimlinin köməkçiləri görüşə 15 dəqiqə qalmış divardakı portretləri söküb və bundan sonra Azər Kərimli zala daxil olub.

Təqribən bir həftə əvvəl həmin məktəbdə görüş keçirən digər deputatlığa namizəd Əhməd Şahidovun seçicilərlə görüşündə ölkə başçısı və mərhum prezidentin portretləri divardan asılı vəziyyətdə idi.
Həm ölkə rəhbərliyinə, həm də seçicilərinə hörmət əlaməti olaraq, gənc deputatlığa namizəd bütün görüş boyu ayaq üstə dayanmış və sakinlərin şikayətlərini dinləmişdi.
Onu da deyək ki, Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 oktyabr 2015-ci il tarixli 103 saylı müraciətə baxılması barədə qərar çıxarılıb. 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Qadaşlı Məhəmməd Allahyar oğlu 23 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Kərimli Azər Şəmşid oğlunun seçkiqabağı təşviqatını seçki qanunvericiliyinin tələblərini pozmaqla apardığını bildirib.
Bununla əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş edib.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun olaraq ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq, bu barədə müvafiq rəy verilib.
Məsələyə Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb. Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən q ə r a r a a l ı r :

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Qadaşlı Məhəmməd Allahyar oğlunun 23 oktyabr 2015-ci il tarixli 103 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 112 saylı Qax seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Bolgexeber.com

Qaxda ara qarışdı: MSK-dan Azər Kərimli haqda şikayətə REAKSİYA/VİDEO
Qaxda ara qarışdı: MSK-dan Azər Kərimli haqda şikayətə REAKSİYA/VİDEO