BolgeXeber.Com » BÖLGƏ TV » Çayxanadan Ərdoğana zəng etdi və… - VİDEO

Çayxanadan Ərdoğana zəng etdi və… - VİDEO

2-11-2015, 18:16
Oxunub: 2 268 Çayxanadan Ərdoğana zəng etdi və… - VİDEOTürkiyədə parlament seçkilərindən sonra maraqlı anlar yaşanıb

Axar.az xəbər verir ki, onlardan biri çayxanada qeydə alınıb.Gənclərdən biri Prezident Tayyib Ərdoğana zəng edərək AKP-ni qələbə münasibəti ilə təbrik edib.

“Yeni Şəfəq” qəzetinin yazdığına görə, Ərdoğanla telefonda danışan gəncin video kadrları yayımlanıb. Bu fakt ölkə rəhbərliyinə yaxın mənbələrdən də təsdiqlənib.

Adı bəlli olmayan gənc prezidenti telefonda təbrik edərkən açıq səsə qoyub və ətrafdakı insanların da alqış səsləri eşidilib. Xatırladaq ki, AKP noyabrn 1-də keçirilən parlament seçkilərində təkbaşına iqtidar olmağı bacarıb.
Bolgexeber.com