BolgeXeber.Com » BÖLGƏ TV » Məktəblərdə valideyn komitələri ləğv ediləcək? - VİDEO

Məktəblərdə valideyn komitələri ləğv ediləcək? - VİDEO

4-11-2015, 10:11
Oxunub: 5 246 Məktəblərdə valideyn komitələri ləğv ediləcək? - VİDEOBizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə məhdudlaşır

Bir çox məktəbdə “valideyn komitələri” adlı qurumlar fəaliyyət göstərir. Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir. Təhsil Nazirliyi bu qurumun ləğv edərək, yeni pilot layihə həyata keçirir

Söhbət məktəblərdə fəaliyyət göstərən valideyn komitələrindən gedir. O komitələr ki, orda bir çox hallarda dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, şənlik və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.

Ekspertlər deyirlər ki, xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır.

Bəzən komitə sədrləri olan validynlər özlərini müəllimə xoş göstərmək üçün öz missiyalarından kənar xidmət göstərirlər. Nəticədə həmin valideynin övladı tədbirlərdə önə çəkilir, sinif nümayəndəsi qoyulur və s. Təhsil eksperti Pərişan Həsənova bu vəziyyətin valideyn-müəllim qruplaşmasından qaynaqlandığını deyir.

Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqubova deyir ki, valideyn komitələri ilə bağlı problem və şikayətləri birdəfəlik aradan qaldırmaq üçün nazirlik yeni pilot layihə həyata keçirir. Bununla bağlı artıq 53 orta məktəbdə valideyn komitələri ləğv edilib, əvəzinə “məktəb icması” adlandırlan yeni qurum formalaşdırılıb. Bu qurumun əsas fəaliyyəti şagirdlər üçün yaradıcı tədbirlərin təşkilindən ibarətdir.