BolgeXeber.Com » BÖLGƏ TV » Daxili Qoşunlar dindarların aksiyasını dağıtdı: 20 nəfər saxlandı - (FOTO-VİDEO)

Daxili Qoşunlar dindarların aksiyasını dağıtdı: 20 nəfər saxlandı - (FOTO-VİDEO)

6-11-2015, 10:31
Oxunub: 3 629 Daxili Qoşunlar dindarların aksiyasını dağıtdı: 20 nəfər saxlandı - (FOTO-VİDEO)Bu gün 100-ə yaxın islamçı Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirib

Suraxanı Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin qarşısına toplaşmış dindarlar “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanmasına etirazlarını bildiriblər.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Elçin Qasımlı bu gün Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb.

Bundan hiddətlənən islamçılar və “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu E.Qasımlının hazırda saxlandığı polis bölməsinin binasını əhatəyə alıblar. Onlar E.Qasımlının dərhal azad olunmasını tələb edib.

Amma dindarların bu aksiyası polis tərəfindən dağıdılıb. Məlumata görə, bir neçə nəfər saxlanılıb.

* * *

Daxili İşlər Nazirliyi Daxili Qoşunların bölmələri Sabunçu Rayon Polis İdarəsinin binasının ətrafına yeridilib.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, Daxili Qoşun bölmələri polis idarəsinin binasını dövrəyə alıblar. Binaya heç kimin yaxınlaşmasına imkan verilmir. Bütün giriş-çıxışlar bağlanıb. Yaxınlıqdakı bütün küçələr ciddi polis nəzarətindədir.

* * *

DİN-in xüsusi təyinatlı bölmələri bu dəqiqələrdə Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısına toplaşaraq etiraz edən islamçıların aksiyasını dağıtmağa başlayıb.

İslamçıların liderlərindən biri Elçin Qasımlı və digər radikal dini fəallar hazırda RPİ-nin binasında saxlanılır.

* * *

İslamçıların kortəbii etiraz aksiyası dağıdılarkən artıq 20-dən çox adam saxlanılıb. Sabunçu RPİ-nin binası qarşısında aksiya zamanı saxlanılanlar arasında “Müsəlman birliyi hərəkatı”nın üzvləri Ağaəli Yəhyayev, Elxan İsgəndərov və digərləri var. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da artıq hadisə yerindədir.



Daxili Qoşunlar dindarların aksiyasını dağıtdı: 20 nəfər saxlandı - (FOTO-VİDEO)
Daxili Qoşunlar dindarların aksiyasını dağıtdı: 20 nəfər saxlandı - (FOTO-VİDEO)