BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda ağır qəza: 15 tələbə yaralandı - VİDEO

Azərbaycanda ağır qəza: 15 tələbə yaralandı - VİDEO

11-11-2015, 18:25
Oxunub: 2 983 Azərbaycanda ağır qəza: 15 tələbə yaralandı - VİDEOBakı-Qazax magistralında yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərinin ərazisində baş verib

Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Nəticədə tələbələrlə olan avtobus yoldan çıxaraq aşıb.

Qəza zamanı “Hyundai”da olan 15 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.