BolgeXeber.Com » BÖLGƏ TV » Abutalıbovun adamları “Torqovı”da sahibkarı işləməyə qoymur - VİDEO

Abutalıbovun adamları “Torqovı”da sahibkarı işləməyə qoymur - VİDEO

12-11-2015, 12:05
Oxunub: 2 270 Abutalıbovun adamları  “Torqovı”da sahibkarı işləməyə qoymur - VİDEOBakının məkrəzində “Torqovı” kimi tanınan ərazidə tanınmış restoranın rəhbəri obyektin fəaliyyətinə mane olanlardan şikayət edir

Restoranın administratoru Zaur Dərziyev deyir ki, səhər saatlarında özlərini ticarət depatamentinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs obyektin qarşısındakı stul və stolların yığışdırılmalı olduğunu bildirib. Həmin vaxt da obyektdə müştərilər olubmuş. Bu sözləri təsdiqləyən videogörüntüləri də bizə təqdim etdilər.
Deyirlər ki, sahibkarlara şərait yaradıldığı bir vaxtda belə bir hadisənin baş verməsi xoşagəlməzdir. Əgər belədirsə, niyə məhz bu restorana qarşı maneə yaradılır.
Axı qonşuluqda digər iaşə obyektləri də stol və stulları çölə çıxarıb. Müştəriləri də həmin yerdə əyləşib. Hətta iaşə obyektinin rəhbəri bildirir ki, onların işinə mane olan həmin şəxslər lisenziya tələb edib.
Zaur Dərziyevin sözlərinə görə, artıq iki ildir Bakı Şəhər Ticarət və Xidmət Departamentinəmüraciət ediblər, ancaq oradan rədd cavabı verilib:
“Onlar bizi ora gəlib ərizə yazmağa dəvət edirlər. Onların diqqətinə çatdırdıq ki, ora gəlib nə qədər ərizə yazmaq olar, artıq təngə gəlmişik. Rəhbərlik tapşırıq verib ki, sahibkarların qayğısına qalın. Bu tapşırığa əmə edin və sahibkarların qayğısına qalın. Lisenziyanı gətirin, dövlət rüsumun nə qədərdi onu ödəyək. Əgər ödəməsək, bizi burdan çıxara bilərsiz”.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət Və Xidmət Departamentinə yollandıq. Bu zaman iaşə obyektinin fəaliyyətinə mane olan şəxslər avtomobillə ərazidən uzaqlaşmağa çalışdı. Zaur Dərziyev həmin şəxslərin olduğu avtomaşına yaxınlaşmağa cəhd etdi.
Məsələni araşdırmaq üçün içəri daxil olmağa çalışdıq. Lakin mühafizəçi bildirdi ki, Ticarət və Xidmət Departamentində məsul şəxslər yoxdur.
Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə dedi ki, məsələ tezlikə araşdırılacaq və müvafiq addımlar atılacaq.