BolgeXeber.Com » BÖLGƏ TV » Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO

Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO

16-11-2015, 16:41
Oxunub: 2 666 Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTOTeraktlarda 129 nəfər həlak olub

Fransanın paytaxtı Parisdəki qanlı terror aktlarını təşkil edən şəxsin kimliyi bilinib. İŞİD-in tapşırığı ilə terror aktlarını 27 yaşlı mərakeşli Əbdelhəmid Əbaud təşkil edib.

Milli.Az RTL -ə istinadən bildirir ki, Belçika vətəndaşı olan Əbaud Parisdəki teraktlara aylarla hazırlaşıb. Terror hücumları və partlayışlarını həyata keçirənləri maliyyələşdirən də odur.
Əbaud İŞİD-in ən "nüfuzlu", fəal terrorçularından biri sayılır. Ə.Əbaud Belçikanın xüsusi xidmət orqanlarının tələbi ilə Yunanıstanda tutulmuşdu. Lakin o, az sonra buraxılmışdı.
Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO


Euronews bildirir ki, Brüsselin Vervye şəhərində terrorçuların dinc sakinlərə hücumu və 2 nəfərin güllələnməsi ilə bağlı olaraq Əbaud axtarılırdı.
Ə.Əbaud Suriyada İŞİD-in tərkibində döyüşüb. O, yük yeri güllələnmiş suriyalı hərbçilərin cəsədləri ilə dolu avtomobilin sükanı arxasında olan zaman əks olunmuş video yayılandan sonra məşhurlaşmışdı.
Belçikanın xüsusi xidmət orqanlarının məlumatından sonra Yunanıstanın paytaxtı Afinada tutulmuş 4 ərəb arasında yer almış Əbaudun niyə azadlığa buraxıldığı araşdırılır.
Belçika Federal Prokurorluğunun mətbuat katibi Erik Van Der Siptin dediyinə görə, "bu məsələ diqqətlə müzakirə olunur".
Belçikanın özündə Parisdəki teraktlarla bağlı 13 nəfər tutulub. Onlardan 5 nəfər terror qruplaşmalarının fəaliyyətində iştirakda suçlanırlar.
Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Belçikanın 335 vətəndaşı Suriya və İraqa yollanaraq İŞİD-ə qatılıblar. Onların 184 nəfəri, hələ də, İŞİD-in sıralarındadır, 50 nəfər həlak olub, 101 nəfərsə Belçikaya qayıdıb.
Ə.Əbaudun göstərişi ilə teraktları həyata keçirənlərin dördünün şəxsiyyəti bilinib.
Onlar Fransa vətəndaşları 29 yaşlı Ömər Mustafai, 25 yaşlı Bahruddin Əbdülakbak və 20 yaşlı Bilal Hədfi, habelə Suriya vətəndaşı Əhməd Əlmohamməddir.
Parisdəki teraktlarda ən azı 20 nəfər şübhəli bilinir. Onların ikisi teraktlardan əvvəl Suriyada olublar.
"Stad de France" stadionunun yaxınlığında özünü partlatmış "canlı bomba", 20 yaşlı Bilal Hədfi bu yaxınlarda Suriyadan Belçikaya qayıtmışdı.
29 yaşlı İsmayıl Ömər Mustafai xırda xuliqanlıqlara görə 8 dəfə polis tərəfindən saxlanmışdı. 2013-cü ildə Suriyaya yollanmış Mustafainin orada İŞİD-ə qoşulduğu deyilir.
Volter bulvarında özünü partladanlardan biri 31 yaşlı İbrahim Əbdelsalam olub. Fransa polisi onun qardaşı Salah Abdelsalamı axtarır.
Noyabrın 14-də gecə saatlarında Parisdə teraktlar seriyası olub. 4 dəfə insanlara atəş açılıb, "Bataclan" konsert zalında tamaşaçılar girov götürülüb, "Stad de France" arenassında Fransa və Almaniya yığmaları arasındakı yoldaşlıq matçı zamanı 3 partlayış olub.

Teraktlarda 129 nəfər həlak olub.
Bolgexeber.com