BolgeXeber.Com » BÖLGƏ TV » Anasına görə adam öldürən oğul: “Harda tutsaydım, vuracaqdım”Video

Anasına görə adam öldürən oğul: “Harda tutsaydım, vuracaqdım”Video

18-11-2015, 11:39
Oxunub: 2 759 Anasına görə adam öldürən oğul: “Harda tutsaydım, vuracaqdım”VideoAbşeronun Mehdiabad qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub

1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb.

Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. 24 yaşlı gənc polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadələrə görə, su satışı ilə məşğul olan Təhməz İsmayılov Ə.Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T.İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T.İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə.Sultanov “Bilgəh işıqforu” deyilən yerdə (28 may küçəsində) bıçaqla T.İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.

Əsgər Sultanov, saxlanılan şəxs:“Oturdum onun maşınına, sürdürdüm. Qorxusundan yolun qırağında saxladı maşını, qırağa da çəkilmədi. Bıçaq həmişə üstümdə olurdu, elə orada 3 dəfə vurdum. Özümə söz vermişdim ki, harada tutdum, vuracağam, baxmayacağam ağına-qarasına. Harada qabağıma keçsəydi, vuracaqdım. Ay üstünə bıçaq çəkim, qorxudum, zad – yox, birbaşa vuracaqdım. Öz maşınında da vurdum elə”.

Əsgər Sultanov törətdiyi əməldən peşman olmadığını da bildirib: “Hadisədən sonra getdim dəniz qırağına. Bir “paçka” siqaretim var idi, gəzə-gəzə çəkdim. Bıçağı tulladım dənizə, gəldim polis bölməsinə” (“Region” TV).