BolgeXeber.Com » BÖLGƏ TV » Parisdəki terrorun anbaan görüntüsü (VİDEO)

Parisdəki terrorun anbaan görüntüsü (VİDEO)

19-11-2015, 17:11
Oxunub: 2 489 Parisdəki terrorun anbaan görüntüsü (VİDEO)Parisi qana bulayan terror hücumundan heç yerdə görülməyən video yayıldı

Noyabrın 13-də Parisdə baş verən terror hadisəsinin videosu yayılıb. Video kadrlar terrorçuların kafeyə hücumu zamanı lentə alınıb. Baş verən atışma anbaan kafenin müşahidə kamerasına düşüb. Kadrları "Daily Mail" yayıb.

Kadrlardan aydın görünür ki, İŞİD terrorçuları kafeyə daxil olmurlar. Onlar binanı çöldən atəşə tutublar. Bu zaman kafedə olan müştərilər və işçilər canlarını xilas etmək üçün stolların altında gizlənməyə çalışırlar.

Kafenin verandasındakı bir qadın isə atışma nəticəsində möcüzə sayəsində sağ qalıb. Açıq havada oturan qadın olan kafeni atəşə tutan terrorçunun silahında problem yaranıb. Qadın fürsətdən istifadə edərək kafeyə girib və gizlənib.

Atışma səsləri kəsilən zaman restorandakılar qaçmağa başlayır və salonu tərk edirlər.