BolgeXeber.Com » BÖLGƏ TV » FHN-nin agentlik rəisinin 15 milyonluq villası dağıdıldı-VİDEO

FHN-nin agentlik rəisinin 15 milyonluq villası dağıdıldı-VİDEO

21-11-2015, 13:21
Oxunub: 3 302 FHN-nin agentlik rəisinin 15 milyonluq villası dağıdıldı-VİDEOPrezidentin tapşırığını bir müddət icra etməyə imkan verməyən Cəbrayıl Xanlarovun Bilgəhdəki villası darmadağın edildi

Azərbaycanda iri çinli məmurların maddi imkanlarının həddi-hüdudu yoxdur. Əksər dövlət məmurları haram yolla yığdıqları pullarla özlərinə olmazın imkanlar yaratmaqla yanaşı, dəyəri milyonlarla manatla ölçülən evlər, villalar, saraylar inşa etdiriblər.
Belə saraylardan biri də Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bilgəhdə inşa edilmiş 4 mərtəbəli sarayın hansı pulla inşa edildiyi məlum deyil. Hər halda agentlik rəisinin aylıq əmək haqqısı belə bir kəhkəşana sahib olmasına imkan vermir.
Məlumata görə, bu villanın ümumi dəyəri 15 milyon dollardan çoxdur. Onun dizyanını İtaliyadan gəlmiş memarlar veriblər. Elə layihəsini də onlar hazırlayıblar. Tikintiyə nəzarət edən italyanlar, sonradan iç dizaynı da yoluna qoyaraq, külli miqdarda pul alıblar.
Əldə etdiyimiz məlumata görə, bu villa dünən artıq sökdürülüb. Sökülməsi barədə tapşırıq isə prezident İlham Əliyev tərəfindən verilib. Bildirilir ki, dövlət başçısı Bilgəhdə olarkən həmin sarayı görüb və onun kimə məxsus olduğunu soruşub. Prezidenti müşayət edənlər bildiriblər ki, həmin saray FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bunun ardından ölkə rəhbəri həmin sarayın sökülməsi tapşırığını verib. Və bildirib ki, belə kəhkəşanı ancaq qudurğan məmur yarada bilər.
Bolgexeber.com