BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda mağazada çürük pendir - VİDEO

Bakıda mağazada çürük pendir - VİDEO

24-11-2015, 13:03
Oxunub: 2 324 Bakıda mağazada çürük pendir - VİDEOMağazalardan birindən pendir alan şəxs problemlə qarşılaşıb. Ağartı məhsulunun kif bağladığını görüncə, iştahı qaçıb

ANS TV-nin məlumatına görə, bu gün mağazaların birindən pendir alan paytaxt sakini gözlərinə inanmayıb. Daha dəqiq Nadim Hüseynov Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketin birindən pendir alıb.
Evdə pendirin kifləndiyini görən Nadim Hüseynov məhsulu qaytarmaq üçün mağazaya geri qayıdıb. Mağaza işçiləri məhsulun istifadə müddəti 2016-ci ilə kimi olduğu üçün onların bir təqsiri olmadığını bildirib.
Ona deyiblər ki, əgər istifadə vaxtı keçsəydi, mağaza buna görə məsuliyyət daşıyardı. Ancaq bu kimi hallarda məsuliyyət daşımırıq.
Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, belə olan halda şikayətçi İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etməlidir. Yalnız nazirliyin göstərişindən sonra yoxlamalara başlanıla bilər.
Bolgexeber.com